Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Qəhrəmanov Orxan Səlvər oğlunun doğum günüdür

28 mart 2024 | 11:00
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin doğum günündə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Orxan Səlvər oğlu Qəhrəmanov 1991-ci il martın 28-də Bakı şəhərində anadan olub. O, ilk təhsilini 1997-2006-cı illərdə 104 saylı tam orta məktəbdə alıb.
2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Orxan Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb.
Orxan Qəhrəmanov ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", ”Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Orxan Qəhrəmanovun timsalında Allahdan bütün şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.
Keçidlər