Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan polkovnik leytenant Quliyev Rəşad Rəşid oğlunun doğum günüdür
23 sentyabr 2024 | 15:13
Doğum günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri Rəşad Quliyevin anası Mətanət xanımı ziyarət edib, şəhidin bulaq-abidə kompleksi önünə gül dəstələri düzərək ruhunu ehtiramla anıblar.
Qeyd edək ki, Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda anadan olub. 1990-1998-ci illərdə Xətai rayonu A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Rəşad Quliyev ali hərbi təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edib.
O, 2016-cı il Aprel döyüşlərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində igidliklə savaşıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə də savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanan Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Rəşad Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.