Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Orucov Elmir Elyar oğlunun doğum günüdür

04 yanvar 2024 | 12:01
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Orucov Elmir Elyar oğlunun doğum günüdür.
 Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb.
 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub, Binə Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 Elmir Orucovun timsalında Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər