Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan İslamlı Ruhid Uğur oğlunun doğum günüdür

01 aprel 2024 | 17:00
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. 2005-ci ildən Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedən Ruhid 2011-ci ildən 315 №-li məktəbdə təhsilini davam etdirib. Hələ uşaq yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib, regional və respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, nailiyyətlər əldə edib. Həmçinin, təhsil aldığı dövrdə intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, eləcə də özü bir sıra yarışlar, fləşmoblar və s. tədbirlər təşkil edib. 2016-cı ildə orta təhsilini başa vuran Ruhid psixoloq ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutuna daxil olub.
2020-ci ildə Ruhid İslamlı hərbi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ruhid İslamlı Talış Suqovuşan döyüşlərində savaşıb. Oktyabrın 6-da Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına şəhid olub.
Ruhid İslamlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhid İslamlının timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
Keçidlər