Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əsgərov Rüfət Qabil oğlunun doğum günüdür

29 yanvar 2024 | 09:08
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əsgərov Rüfət Qabil oğlunun doğum günüdür. 
 Rüfət Əsgərov 1997-ci il yanvarın 29-da Rusiya Federasiyasının Rostov şəhərində anadan olub.
 2004-2015-ci illərdə Qaraçuxur qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada orta, 2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb.
 Rüfət Əsgərov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. 
 Rüfət Əsgərov ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər