Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əsədov Səbuhi Azər oğlunun doğum günüdür. Onun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq

19 yanvar 2024 | 08:41
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əsədov Səbuhi Azər oğlunun doğum günüdür. Onun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq. 
 Səbuhi Əsədov 19 yanvar 1999-cu il tarixdə Bakı şəhərində anadan olub. 15 sentyabr 2005-ci il tarixdə Suraxanı rayonu, 85 saylı tam orta məktəbin 1-ci sinfinə gedən Yunis 2016-ci ildə həmin məktəbin məzunu olub.
 5 iyul 2019-cu il tarixdə Yunis vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirən Yunis 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılıb. 8 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
 O, Prezident cənab İlham Əliyevin sərəncamları ilə ”Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər