Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Babayev Fərhad Məhərrəm oğlunun doğum günüdür

31 yanvar 2024 | 10:48
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Babayev Fərhad Məhərrəm oğlunun doğum günüdür. 
 Babayev Fərhad Məhərrəm oğlu 30 yanvar 1992-ci il tarixdə Bakı şəhərində anadan olub, 278 saylı tam orta məktəbdə orta təhsilini başa vurduqdan sonra 2010-cu il yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabr 2020-ci il tarixdə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
 Fərhad Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər