Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Azərbaycan ordusunun zabiti leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günüdür

09 yanvar 2024 | 11:36
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Azərbaycan ordusunun zabiti leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günüdür.
Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. O, 1995-2007-ci illərdə Hövsan qəsəbəsində yerləşən Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə, 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.
Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdıqdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub.
Elzar Yusubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3- cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Keçidlər