Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhərmancasına döyüşərək şəhadətə ucalan Orucov Səbuhi Vahid oğlunun doğum günüdür

20 yanvar 2024 | 14:51
Bu gün Vətən müharibəsində qəhərmancasına döyüşərək şəhadətə ucalan Orucov Səbuhi Vahid oğlunun doğum günüdür. 
 Səbuhi Orucovun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şəhid ailələri şəhidin bulaq-abidə kompleksini ziyarət ediblər.
 1993-cü il yanvarın 20-də Bakı şəhərində anadan olan Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 26-da Laçın döyüşüşləri zamanı şəhid olub.
 O, ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan Bayrağı" ordenləri, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər