Bu gün Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
08 yanvar 2025 | 09:47
Əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə təşkil olunmuş görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.