Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib
03 oktyabr 2024 | 18:11
Oktyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 279 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sasəhinin sakinləri ilə görüşüb.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Sakinlər küçələrin asfaltlanması, işıqlandırılması, istilik xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət ediblər.
RİH başçı Adil Əliyev sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.