Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimizin anası dəfn olundu

19 fevral 2025 | 13:00
Bu gün haqq dünyasına qovuşmuş 1-ci Qarabağ müharibəsinin şəhidi Bayramov Vaqif Pirəli oğlunun anası Yeranduxt Bayramova Hövsan qəsəbəsi Zeytun sovxozu adlandırılan yaşayış sahəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri iştirak ediblər.
Dəfn mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev mərhuma Allahdan rəhmət diləyərək doğmalarına dərin hüznlə başsağlığı verib.
Keçidlər