Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, oktyabrın 15-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Əliyev Samir Əliheydər oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür

15 oktyabr 2022 | 10:32
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid valideynləri və rayon ictimaiyyəti Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Tətbirdən sonra ehsan süfrəsi açılıb.
Keçidlər