Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün lokal antiteror əməliyyatları zamanı qəhrəmancasına döyüşərək şəhadətə ucalan Rzayev Ramil Elçin oğlunun doğum günüdür

26 mart 2024 | 12:00
Şəhidin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onun ailə üzvlərini ziyarət edib, şəhidin əziz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Rzayev Ramil Elçin oğlu 2004-cü il mart ayının 26-da Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Rzayev Ramil Elçin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rzayev Ramil Elçin oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rzayev Ramil Elçin oğlunun timsalında Allahdan bütün şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.
Keçidlər