Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, iyulun 25-i Vətən müharibəsinin Şəhidi Baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun doğum günüdür

25 iyul 2024 | 12:40
Orxan Hüseynov 25 iyul 1991-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub.
2008-ci ildə Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbi bitirən Orxan 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və 2013-cü ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib.
2013-2014-cü illərdə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırıb və Qusar şəhərində yerləşən N saylı hərbi hissədə tağım komandiri olaraq hərbi xidmətə başlayıb, düşmənlə ən yaxın məsafədə olan postlarda qulluq edib. Son dərəcə istiqanlı və savadlı zabit, öz nümunəvi xidməti ilə hər zaman xüsusi rəğbət qazanan Orxan yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunub.
Orxan Vətən müharibəsində döyüş zamanı Suqovuşanın azad olunmasında 12 düşmən postunu ələ keçirərək və yaralı əsgərlərini minalı sahələrdən çıxararaq böyük şücaət göstərib. Düşmənin minatanlarının atəşi nəticisində çoxlu sayda qəlpə yarası alan Orxan oktyabrın 5-də Şəhidlik zirvəsinə ucalıb.
Keçidlər