Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun doğum günüdür.

27 iyun 2024 | 10:54
Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Bakı şəhərində anadan olub. Lənkəran Dövlət Universitetində ali təhsil alan Cəsarət 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəsarət Səfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
Allahdan bütün Şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Məkanınız cənnət olsun, nur üzlü Şəhidlərimiz!
Keçidlər