Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilmişdir

05 avqust 2022 | 11:10
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHBA-nın şöbə müdirləri, rayon sakinləri və ziyalılar iştirak etmişlər.
Görüş qonaqlar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanaraq xalq artistinin səhnə fəaliyyətinə, yaratdığı obrazlara dair maraqlı söhbətlər və səmimi müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Həmçinin, RİH başçısı Əziz Əzizov görüşün keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirərək, bu gün ölkə başçımız cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini vurğulamışdır. O, bildirmişdir ki, cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzaladığı sərəncamlar, qəbul olunan dövlət proqramları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.
Keçidlər