Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanım" adlı tədbirdə nəğməkar şair Gülxar Əmrahqızının "Qarabağın qəhrəmanlıq salnaməsi" adlı kitabının təqdimat mərasimi keçirilib

23 avqust 2023 | 13:58
Avqustun 23-də şəhid ailələri və ziyalıların iştirakı ilə təşkil olunan "Azərbaycanım" adlı tədbirdə nəğməkar şair Gülxar Əmrahqızının "Qarabağın qəhrəmanlıq salnaməsi" adlı kitabının təqdimat mərasimi keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri açıq elan edən Gülxar Əmrahqızı torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq nümayiş etdirən Vətən müharibəsi şəhidlərinin göstərdikləri şücaət və fədakarlıqlara görə onların ruhu qarşısında baş əydiyini bildirib.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək şəhid adının ucalığı və müqəddəsliyindən, rayonda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərdən bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Qazandığımız bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir.
Həmçinin, tədbirdə iştirak edən digər qonaqlar çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, müqəddəs yolda canlarını fəda edən xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıblar. Həmçinin, incəsənət xadimləri ifaları ilə qonaqları feyziyab ediblər.
Keçidlər