Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda elan olunmuş uşaq hüquqları aylığı çərçivəsində 285 nömrəli tam orta məktəbdə "Erkən nikaha yox deyək!" adlı tədbir keçirilib

03 noyabr 2023 | 12:36
Azərbaycanda elan olunmuş uşaq hüquqları aylığı çərçivəsində 285 nömrəli tam orta məktəbdə "Erkən nikaha yox deyək!" adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovnik - leytenantı Surxay Vəliyev, Suraxanı Rayon Vətəndaş vəziyyəti aktlarının Qeydiyyatı Şöbəsinin müdiri Rəna Axundova, Suraxanı PRİ-nin Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə Profilaktiki İşin təşkili bölməsinin rəisi, polis polkovnik - leytenantı Əfqan Ağayev və həmin bölmənin əməkdaşları, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədov məktəbin şagird və müəllim kollektivi, valideynlər iştirak ediblər.
Tədbir məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şagirdlərin mövzu üzrə hazırladığı səhnəciyin nümayişindən sonra, erkən nikahın yaratdığı fəsadlardan bəhs edən videoçarxlar izlənilib.
Daha sonra qonaqlar mövzu ətrafında çıxış edib, valideynlərin və şagirdlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Keçidlər