Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 53-cü ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksi ziyarət olunub və abidə önünə gül dəstələri düzülüb.
14 iyul 2022 | 11:02

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, müavinlər Fuad Cəbrayılov, Könül xanım Axundova, RİHBA-nın şöbə müdirləri, əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nüməndələr, bələdiyyə sədrləri və sakinlər iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev çıxış edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir. 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub yaratdıqlarından bu gün də bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir.