Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Qafarov Savalan İsfəndiyar oğlunun il mərasimi keçirilib

19 sentyabr 2024 | 10:47
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Binə Şəhidlər xiyabanında məzarı ziyarət edilərək gül dəstələri düzülüb, daha sonra açılmış ehsan süfrəsində şəhidlərin ruhlarına dualar oxunub, xatirələri ehtiramla anılıb.
RİH başçısı Adil Əliyev Savalan Qafarovun doğmalarına dərin hüznlə başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərimizi unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Keçidlər