Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti arasında növbəti tədbir keçirilib.

07 dekabr 2023 | 16:23
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti arasındafövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində 2023-cü il üçün qarşılıqlı fəaliyyət planına əsasən 07 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinini akt zalında “Suraxanı rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran məsələlər” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti tədbir keçirilib.
 Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbə bələdiyyələrinin sədrləri iştirak ediblər.
 Tədbirdə Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonu üzrə fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Rayon üzrə Mülki müdafiənin vəziyyəti” ilə bağlı məruzə etmiş, eyni zamanda “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”, “Yanğın zamanı ilkin tibbi yardım” adlı mövzularda məruzəçilərin çıxışları dinlənilib.
 Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov çıxışında bildirdi ki, rayonumuzda sakinlərin əksəriyyəti öz evlərini, mənzillərini obyektlərini sığortalamır və hər hansı yanğın hadisəsi və ya digər fövqəladə hal baş verəndən sonra ziyan çəkmiş vətəndaşlar Rayon İcra Hakimiyyətinə müraciət edirlər ki, biz onlara köməklik göstərək. Lakin RİH-ə bu məqsədlər üçün vəsait ayrılmadığından biz sakinlərə yanmış evlərin təmiri, əşyaların alınmasında köməklik göstərə bilmirik. Hesab edirəm ki, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyələri, mənzil-kommunal idarələri sakinlər ilə, digər idarə və müəssisə rəhbərləri isə öz əməkdaşları ilə daha ciddi şəkildə maarifləndirmə işlərini aparmalı, onların yaşayış evlərinin sığortalanmasını təmin etməlidirlər.
 Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov isə çıxış edərək aidiyyəti qurumlara yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi tövsiyələr verdi.
 Tədbirdə çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarsının alınması və digər işlərin görülməsi tövsiyə edildi.
Keçidlər