Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.2-ci və 2.3-cü yarımbəndlərinin icrası ilə əlaqədar tədbir keçirilmişmir

10 mart 2023 | 12:17

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev 10 mart 2023-cü il tarixdə İcra Hakimiyyətinin konfrans zalında RİH başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsini keçirdi.

İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.2-ci və 2.3-cü yarımbəndlərinin icrası ilə əlaqədar təşkil olunmuşdu.

Rəşad Hacıyev dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verdi.

Eyni zamanda tədbirin məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsi və digər məsələləri müzakirə etməklə yanaşı Səriştə modeli vəzifə üçün tələb olunan və uğurlu iş fəaliyyətini təşkil edən bilik və bacarıqları, eyni zamanda kompetensiyalar toplusunu müəyyən etməyə imkan verir. Səriştə modelinə əsaslanan qiymətləndirmənin tətbiqi və təbliği dövlət idarəçiliyində seçim və qiymətləndirməni gücləndirir, nəticə etibarilə idarəetmədə şəffaflığa və səmərəliliyə töhfə verir.

Diskussiya şəklində keçən müzakirələrin sonunda RİH başçısının birinci müavini R.Hacıyev dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər