Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarxli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçünTədbirlər Planı”nına uyğun olarq müşavirə keçirilmişdir

27 aprel 2023 | 12:45

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarxli 2178 nömrəli Sərəncamına əsasən ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir. Eyni zamanda ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarxli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7-ci “Məlumatlandırma və maarifləndirmə” hissəsinin 7.1 yarımbəndində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması” icraçı kimi yerli icra hakimiyyətləri qarşısında da vəzifə müəyyənləşdirmişdir.

RİH-i başçısının birinci müavini Rəşad Hacıyevin rəhbərliyi ilə aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilmiş, müşavirədə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrdən, o, cümlədən Tədbirlər Planının icra dövründə rayon ərazsində görülən işlər barədə məlumat verilmiş, ölkə iqtisadiyyatının, kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması, Tədbirlər Planın müvafiq yarımbəndində qarşıya qoyulan vəzifənin icrasında su ehtiyatlarında səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimayyətin məlumatlandırılmasının vacibliyi bildirilmişdir.

Müşavirədə aidiyyəti dövlət qurumları ilə birgə məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsinə, mütəmadi olaraq monitorinqlərin keçirilməsi və cari məsələlərin gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir

Keçidlər