Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun bütün ümumtəhsil məktəblərində keçirilən "Son Zəng" tədbirlərində Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, qəsəbə bələdiyyələrinin nümayəndələri iştirak etmiş və RİH başçısının təbrikini məzunlara çatdırmışlar

15 iyun 2022 | 13:21
Məktəb illəri - hər kəsin həyatında ən sevimli dövrdür. Və bu təhsil ocağı bizə təkcə savadlı olmağı deyil, eyni zamanda yaşamağı, yaratmağı, vətəni sevməyi öyrədir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova da 226 nömrəli tam orta məktəbdə təşkil olunmuş "Son Zəng" tədbirinə qatılmışdır. Məzunları təbrik edən K.Axundova qeyd etmişdir ki, bu gün ölkəmizdə 11 illik təhsilini tamamlayan gənclərimizi qarşıda daha məsuliyyətli, daha parlaq gələcək gözləyir. Onların 11 ildə əldə etdikləri bilik və bacarıqlar, dəyərlər seçdikləri yeni və müstəqil həyat yolunda böyük töhfələr verəcəkdir.
Suraxanı Rayon İcra Hakimiyyəti adından bütün məzunlarımızı təbrik edir və onların hər birinə uğurlar arzulayırıq!
Qarşıdakı hər bir addımınız uğura çevrilsin, əziz məzunlar!
Keçidlər