Avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Vətən Müharibəsinin şəhidi leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günündə məzarını ziyarət ediblər
09 avqust 2024 | 13:15
Adil Əliyev Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimizin əziz xatirəsini məzarı önündə ehtiramla yad edərək, ruhuna dualar etmiş və doğmalarına dərin hüznlə baş sağlığı vermişdir.
Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edən Rayon İcra Hakimiyyətinin başçısı bütün Şəhidlərimizin xatirəsini anmış, xalqımızın azadlığı, ölkəmizin suverenliyi naminə canlarından keçən Vətən övladlarımızın qəhrəmanlığının böyük qürur hissi doğurduğunu bildirərək Samir Əliyevi boya-başa çatdıran Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün təşəkkürünü bildirmişdir.
O, qeyd etmişdir ki, Şəhid ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər Vətənə sevginin, şəhidlərimizə ehtiramın bariz nümunəsidir.