Avqustun 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib
08 avqust 2024 | 17:24
RİHB-nin müavinlərinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə RİH başçısı Adil Əliyev dövlət siyasətinin həyata keçirilməsində, şəffaflıq prinsipinin təmin olunmasında, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllində, vətəndaşların istək və təkliflərinin, həmçinin problemlərinin toplanaraq yerli icra hakimiyyəti orqanına təqdim olunmasında onların rolunun böyük olduğunu vurğulamışdır.
Həmçinin, RİHB-nin birinci müavini Rəşad Hacıyev RİH yanında İctimai Şuranın üzvləri və onların fəaliyyətləri haqqında məlumat verib.
Daha sonra İctimai Şuranın Rayon İcra Hakimiyyəti ilə kommunikasiyasının təşkili və əməkdaşlıq istiqamətləri barədə danışan şuranın sədri Rəşid Məmmədov və üzvləri bundan sonra da şuranın fəaliyyətinin ictimai maraq kəsb edən müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəklərini diqqətə çatdırıblar.