Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə vətəndaşları dinləyib

05 avqust 2024 | 13:30
Avqustun 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. İcra hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 30-dan çox vətəndaş iştirak edib.
İcra Hakimiyyətinin başçısı Adil Əliyev sakinlər tərəfindən qaldırdılmış təmir, tikinti, asfaltlanma, müalicə və s. məsələlərə bağlı müraciətləri dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb və həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Adil Əliyev bir daha diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və onların qısa müddətdə həll olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılmaqla qanunvericiliyə uyğun olaraq addımlar atılır.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər