Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 25-də Suraxanı Şahmat Məktəbində Vətənmüharibəsinin Şəhidi Əsgərov Rüfət Mürvət oğlunun əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilib

26 avqust 2023 | 08:41
Avqustun 25-də Suraxanı Şahmat Məktəbində Vətənmüharibəsinin Şəhidi Əsgərov Rüfət Mürvət oğlunun əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilib.
Turnirdə Şəhidimizin atası Mürvət Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onlara uğurlar diləyib və bu kimi turnirlərin əhəmiyyətindən danışaraq ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini turnir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Milli Məclisin deputatı Etibar Əliyev və Şəhidimizin atası Mürvət Əsgərov da çıxış edərək Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu və onların qəlbimizdə əbədi taxt qurduqlarını bildiriblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov turnirdən xatirə diplomunu Şəhidin atası Mürvət Əsgərova təqdim etdikdən sonra turnirə start verilib.
Keçidlər