Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti vətəndaş qəbulu keçirib

19 avqust 2024 | 13:49
Avqustun 19-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. İcra hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 30-dan çox vətəndaş iştirak edib.
RİH başçısı Adil Əliyev tərəfindən fərdi qaydada vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən məhəllədaxili yolların asfaltlanması, su və kanalizasiya ilə bağlı problemlərin aradan qaldırılması, küçələrin işıqlandırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olub. Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər