Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidimiz İbrahimov Camaləddin İbad oğlu torpağa tapşırılıb

15 avqust 2024 | 15:10
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər iştirak ediblər.
Şəhid İbrahimov Camaləddin İbad oğlu ilə Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsindəki ailə üzvlərinin yaşadığı ünvanda vida mərasimi keçirildikdən sonra nəşi Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklil qoyulub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tabut üzərindəki üçrəngli Dövlət Bayrağını şəhidin qardaşına təqdim edərək dərin hüznlə başsağlığı verib, səbr diləyib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov dövlət başçımızın rəhbərliyi ilə şanlı tarix yazan rəşadətli ordumuzun qüdrətindən danışaraq və qeyd ediblər ki, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizin ruhu bu gün şaddır, onların qanı yerdə qalmadı. Belə vətənpərvər oğullarımız gözlərini qırpmadan düşmənlə ölüm-dirim savaşına atılaraq canlarını sipər ediblər. Belə igidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Qeyd edək ki, Cəmaləddin İbrahimov 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Keçidlər