Şriftin ölçüsü :

Saytın rəngi :

A.Səfərov adına 114 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Əliyeva Leyli Qədim qızı Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb

11 avqust 2023 | 10:16
A.Səfərov adına 114 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Əliyeva Leyli Qədim qızı Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə yarışan Leyli finalda Ermənistanlı Nare Qabreliyanla mübarizə aparıb. Həlledici mərhələdə qalib gələn idmançımız yekunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edən Leyli Əliyeva təhsil aldığı məktəbin nümunəvi şagirdi olaraq 9-cu sinif buraxılış imtahanlarında da ən yüksək bal toplayıb.
Suraxanı Rayon İcra Hakimiyyəti adından Leyli Əliyevanı və 114 №-li tam orta məktəbin kollektivini səmimi qəlbdən təbrik edir, yeni-yeni uğurlar diləyirik.
Keçidlər