Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 7-də Vətən müharibəsinin qəhrəman şəhidi baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi növbəti dəfə rayon məktəblilərinə nümayiş olunub

07 aprel 2023 | 14:47
Nizami Kino Mərkəzində🎬 keçirilən filmin təqdimatında Şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ölümü ilə ölümsüzlük qazanan, əbədi qəhrəmanımız şəhid Qasımlı Muxtarın təhsil aldığı Suraxanı rayonu, 318 № li tam orta məktəbin 2B sinfinin şagirdlərinin təqdimatında şəhidimizin əziz xatirəsinə həsr etdikləri kompazisiya nümayiş olunub.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, bu gün Tarixi Zəfərimiz və onun qazanılmasında Muxtar Qasımlı kimi neçə-neçə igid oğullarımızın göstərdiyi şücaət təbliğ olunmalıdır. Yetişməkdə olan gənclər qəhrəman vətən övladlarını tanımalı və gələcək nəsillərə tanıtmalıdırlar. O zaman aramızda olmasalar da, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhları daima şad olacaq.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun çıxışından sonra şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələrinə, eləcə də uşaqlıq dövrünə, məktəb illərinə, idman sahəsində əldə etdiyi uğurlara və iş həyatına həsr olunmuş, rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunub.
Keçidlər