Aprelin 19-da “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş müsabiqənin nümunəvi rəsm mərhələsi keçirilib
19 aprel 2023 | 17:51
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon məktəbliləri çəkdikləri rəsmlər haqqında məlumat verib və onların işləri münsiflər heyyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək bildirib ki, müsabiqənin məqsədi Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır.
Müsabiqənin rəsm mərhələsində N.Rəfiyev adına 104 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Hüseynli Aydın Rövşən qızı, 226 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Fatimə Rövşən qızı, 316 №-li tam orta məktəbin 5-ci sinif şagirdi Bayramova Nübar Məmməd qızı, 318 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Kişiyeva Mələk Rüfət qızı, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Rəhimli Fatimə Ziya qızı müxtəlif nominasiyalar üzrə qaliblər seçilib.