Aprelin 16-sında Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
16 aprel 2025 | 12:00
Əhalini narahat edən problemlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev aprelin 16-da 114 №-li tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, işıqlandırılması, kanalizasiya xətlərinin çəkilişi və digər sosial yönümlü məsələlərlə bağlı olub.
Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.