Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 10-da “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ Futbol Klubu ilə birgə Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

10 aprel 2023 | 11:35
200-ə yaxın ağacın əkildiyi ağacəkmə aksiyasında RİH başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri və şöbə müdirləri, Qarabağ Futbol Klubunun direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və klubun üzvləri, RİHB-nin qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
 Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və problemlərə qarşı mübarizəyə səsləməkdir.
Keçidlər