Aprel ayının 2-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
03 aprel 2025 | 15:00
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev aprelin 2-də 278 №-li tam orta məktəbdə Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib.
Sakinlər əsasən yolların asfaltlanması, istilik və su təchizatında yaranmış problemlər, sahibsiz itlərin artması, işlə təminat və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.