Anım günü ilə əlaqədar Suraxanı rayonunda ağacəkmə aksiyası keçirilib
27 sentyabr 2024 | 13:14
27 Sentyabr - Anım Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi aksiya çərçivəsində 200-ədəd Eldar şamı əkilib.
Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən ağacəkmə aksiyası ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.