Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb
27 sentyabr 2023 | 12:26
27 sentyabr - Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları şəhidlərimizin fotoşəkillərindən təşkil olunmuş sərgiyə baxış keçiriblər.
Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və bu müqəddəs yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin intiqamı döyüş meydanında alındı. Əziz Əzizov həmçinin, ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən də bəhs edib.