Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 6-da 14-18 yaşlı rayon məktəbliləri arasında intellektual yarış keçirilib
06 aprel 2023 | 14:10
Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 6-da 14-18 yaşlı rayon məktəbliləri arasında intellektual yarış keçirilib.
Hər biri 5 məktəblidən ibarət 7 komanda intellektual yarışın rayon mərhələsində bir araya gəlib. 3 mərhələdə davam edən yarışın hər mərhələsində komandalara Azərbaycan xalqının Ümummilli Lideri müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, Şanlı Zəfərimiz və bu Zəfəri bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmiz qarşısında xidmətləri ilə bağlı 20 sual təqdim olunub. Hər mərhələdə 2 komanda yarışı tərk etdikdən sonra finala “Tərəqqi” komandası çıxaraq qalib gəlib.
Qeyd edək, rayon mərhələsində qalib olmuş “Tərəqqi” komandası may ayının 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən kericiləcək intellektual yarışın final mərhələsinə vəsiqə qazanıb.