Şriftin ölçüsü :

Saytın rəngi :

Adil Əliyev şəhid övladını təbrik edib

10 avqust 2024 | 12:19
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Şəhid Nəcəfi Elxan Şükür oğlunun övladı Şükür balanı doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailə üzvlərini ziyarət edən İcra Hakimiyyətinin başçısı 5 yaşı tamam olan şəhidimizin yadigarına ən xoş arzularını çatdıraraq hədiyyələr təqdim edib. O, Şəhidlərimizin övladlarının hər birimizə doğma, əziz olduğunu, qəhrəman oğullarımızın ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirib, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, atası birinci qarabağ müharibəsi şəhidi olan, anası əsir düşməkdən son anda qurtulan Azərbaycan ordusunun zabiti mayor Elxan Nəcəfi lokal antiteror əməliyyatları zamanı torpaqlarımızı düşmən tapdağından azad edərək şəhadətə ucalıb.
Keçidlər