Şriftin ölçüsü :

Saytın rəngi :

Adil Əliyev kollektivə təqdim edildi

09 iyul 2024 | 10:55

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Əliyev iyulun 9-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

Adil Əliyev ona göstərilən etimada görə dövlət başçısına minnətdarlıq edib.

Keçidlər