Pandemiyanın ilk günlərindən atılan qətiyyətli addımların nəticəsidir ki, bu gün Azərbaycan Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə adlandırılıb və təhlükəsiz dövlətlər sırasında yer almışdır.
Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Daimi Komissiyasının sədri Eldar Mirzəliyev:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyanı cənginə almış pandemiyadan az zərərlə çıxır. Bir çox sahələrdə olduğu kimi dövlətimizin Koronavirus pandemiyasına qarşı apardığı mübarizə üsulu da Azərbaycan modeli kimi digər ölkələr tərəfindən rəğbətlə qarşılanır və öyrənilir.
Pandemiyanın ilkin mərhələsində inkişaf etmiş ölkələr çıxılmaz vəziyyətdə qalarkən dövlət başçısının göstərişi ilə bütün tibb müəssisələri hazır vəziyyətə gətirildi. Modul tipli xəstəxanaların tikintisinə, yoluxmuş şəxsləri qəbul edəcək müəssisələrin çatışmayan yeni nəsil avadanlıqlarla təchiz olunmasına başlanıldı. Bütün ölkələr tibbi avadanlıq çatışmamazlığı yaşadığı və bu problemi aradan qaldırmağa çalışdığı bir zamanda cənab İlham Əliyevin həm şəxsi nüfuzu, həmçinin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq ölkəmiz bu avadanlıqları ilk əldə edənlərdən oldu.
Ölkə başçısı hər kəsi "Biz birlikdə güclüyük!" devizi altında pandemiya ilə mübarizəyə çağırdı. Koronavirusla Mübarizəyə Dəstək Fondundu yaradıldı. Fonda qısa müddətdə böyük miqdarda ianələr edildi. Bu isə bir daha dövlət - vətəndaş münasibətlərinin sağlam zəmində qurulduğunun isbatıdır. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanındadır. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasındadır.
İnsanların sağlamlığının qorunması dövlətin əsas vəzifələrindəndir. Bu səbəbdən ölkədə xüsusi karantin rejimi elan edildi. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. İnsanların sosial təcridi, təmasların minimuma endirilməsi, ev şəraitində karantin və insanlararası ünsiyyəti azaltmaq üçün dövlət sərhədləri bağlandı, təhsil müəssisələri, böyük ticarət mərkəzləri və bir çox sahələrdə fəaliyyət dayandırıldı.
Bu dövrdə daxili imkanlarımız hesabına iki tibbI maska, dezinfeksiya vasitələri, xüsusi geyimlər, kombinezonlar istehsal edən müəssisə fəaliyyətə başlamışdı. Bununla da ölkədə yaranan tibbi maska qıtlığının aradan qaldırılmasına başlanıldı.
Bu çətin zamanda dövlət bir daha öz vətəndaşının yanında olduğunu sübüt edərək, onun sağlamlığı ilə yanaşı sosial müdafiəsinin, maddi rifahının yaxşılaşdırılması üçün aztəminatlı ailələrə, işsiz vətəndaşlara, sahibkarlara etdiyi maddi dəstək hər kəsi bir daha sevindirdi. Cənab Prezident İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqlarının nəticəsi olaraq müxtəlif insan və təşkilatlar tərəfindən aztəminatlı ailələrə yardımlar olundu. Onların problemlərinin aradan qaldırılması istiqamətində addımlar atıldı.
Pandemiyanın ilk günlərindən atılan qətiyyətli addımların nəticəsidir ki, bu gün Azərbaycan Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə adlandırılıb və təhlükəsiz dövlətlər sırasında yer almışdır.
Azərbaycan beynəlxalq təşkilat vasitəsi ilə digər dövlətlərə ən çox humanitar yardım göstərən ölkələrdən biridir. Müstəqillik qazandıqdan sonra qısa müddət ərzində bu qüdrətə məxsus olmağımız ölkədə aparılan uğurlu və doğru siyasətin nümunəsidir!
Təəssüflər olsun ki, yoluxma sayında əldə olunan pozitiv dinamikadan sonra edilən yumuşalmalar bəzi insanlarda arxayınlıq və məsuliyyətsizlik yaratdı. Bununla da yoluxankarın sayında artım müşahidə olundu. Doğrudur, vəziyyət nəzarət altında olsa da məsuliyyətsizlik etmək olmaz! Hər kəs bilməlidir ki, virus hələ də bizlərlədir. Pandemiya elan olduğu 3 ay ərzində göstərdiyimiz qətiyyəti, məsuliyyəti daha da artırmalıyıq. Əgər adət etdiyimiz həyat tərzinə daha tez qayıtmaq istəyiriksə, qəbul olunan qərarlara və edilən tövsiyələrə riayət edərək dəstəyimizi davam etdirməliyik!
Unutmayaq ki, sosial məsafəni saxlayaraq, dezinfeksiya vasitələri və tibbi maskalardan istifadə edərək özümüzü və ətrafımızı yoluxmadan qoruya bilərik! Biz birlikdə güclüyük!