Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon sakinlərinin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılır.

09 iyun 2020 | 16:00

09.06.2020-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinin sakinlərinin yaşadıqları ərazidə su, kanalizasiya və asfalt örtüyünün olmamasına dair müraciətləri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc Fətəliyeva sakinlərlə görüşərək, onları dinləmiş və problemlərinə xüsusi həssaslıqla yanaşmışlar.
Sözügedən ərazidə yeni su və kanalizasiya şəbəkəsinin qurulması, eləcə də asfalt örtüyünün salınması ilə bağlı aidiyyəti qurumlara müraciət olunmuşdur.
Qeyd etmək mütləqdir ki, son 8 ayda Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu dövr ərzində əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun qəsəbələrində 482 000 kv.m o cümlədən, Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, O.Şabanov küçəsində 5 800 kv.m, Elman Qasımov küçəsi 17 710 kv.m, Dənizkənarı küçəsində 8 000 kv.m, İbiş Məmmədov küçəsində 5 100 kv.m, Məktəbli küçəsində 4 140 kv.m, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda 3 955 kv.m, M.Ş.Vazeh küçəsində 6 700 kv.m, Binə sovxozunda Məscidə gedən yolda 8 880 kv.m asfalt örtüyü vurulmuşdur və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Suraxanı rayon sakinlərinin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılır.

 

 

Keçidlər