Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağda Erməni xunta rejiminin sərgilədiyi təlxək tamaşasına cənab Ali Baş komandanın ağır siyasi zərbəsi”

09 iyun 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Gənclər Birliyi:
“Qarabağda Erməni xunta rejiminin sərgilədiyi təlxək tamaşasına cənab Ali Baş komandanın ağır siyasi zərbəsi”
Bütün dünya ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevi cəsarətli, qətiyyətli, punktual və verdiyi sözlərə sadiq dünya miqyaslı siyasətçi kimi tanıyır və hörmət edir. Yəqin hər kəs bu fikirlə razılaşar ki, möhtərəm Prezidentin hakimiyyəti illərində Azərbaycan Respublikası daxili siyasətdə qüdrətlənmək, vahidləşməklə yanaşı, beynəlxalq arenada da böyük nüfuz əldə edə bilmişdir. Tarixi faktlar əsasında dünya elitası Azərbaycan xalqının haqq səsinə qulaq verməyə sözün bütün mənalarında məcbur olmuşdur.
Artıq aparılan siyasətin nəticələri öz siyasi bəhrələrini verməyə başlamış, dövlətimiz müdafiə mövqeyindən açıq hücum mövqeyinə keçmişdir. Dünyanın bütün möhtəbər tribunlarından Azərbaycan öz haqq səsini dünyaya çatdıra bilir. Oppenentləri belə cənab Prezident tərəfindən çox böyük ustalıqla susdurulur. Cənab Prezident çox güclü dövlət və siyasi xadim olmaqla yanaşı eyni zamanda da, çox təcrübəli diplomatdır.
Əgər 90-cı illərin əvvələrində kimsə desəydi ki, Azərbaycan Prezidenti nə vaxtsa erməni həmkarını açıq siyasət meydanında, həm də Rusiya Prezidentinin önündə Şahmat dilində desək mat edəcək yəqin ki, buna çox az adam inanardı. Ümumiyyətlə cənab İlham Əliyev Azərbaycanda hər zaman xəyalları gerçəkləşdirən tarixi şəxsiyyət kimi, innovativ və tərəqqipərvər Prezident kimi Azərbaycan və dünya tarixinə düşmüşdür.
Açıq etiraf etmək lazımdır ki, sadə telefon çəkilişləri ilə məhşurlaşan, meydanda boğazını spirtli içkilərlə yaşlayıb, bağıran, öz keçmiş xələflərindən daha faşist olan və işğalçı siyasəti davam etdirən Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin ağır zərbələrinə tab gətirəcək gücdə deyil. Heç taqəti də yoxdur.
Azərbaycan Respublikasının Prezidentinin heç bir bəyanatı söz xatirinə deyilmişdir. Onun hər sözünün ardında ciddi əməl və xalqın dəstəyi dayanır. Məhz bu səbəbdən onun sözləri seçilmiş, çəkisinə görə ağır və samballıdır.
Bu yaxın tarixdə Möhtərəm Prezidentin Tərtər şəhərinə müxtəlif yeni tikilmiş obyektlərin açılışı ilə bağlı səfəri yenə də, tarixi açıqlamalarla yadda qaldı. Düşmən ilə üzbə-üz dayanan qəhraman tərtərlilər cənab Prezdent ilə öz rayonlarında 6-dəfə görüşürdü. Prezident heç vaxt əli boş heç bir regiona getmir. Bu onun həm milli-mənəvi dəyərlərə verdiyi qiymətinə, Azərbaycançılıq ideologiyasına sadiqliyinə, həm də işguzalığına bir sübutdur.
Düşmənlə bir addımlıqla, elə düşmənin gözünün içinə düz baxa-baxa tarixi açıqlamalar verən cənab Prezident son zamanlar yenidən utanmaqdansa, hər dəfə məğlub olduqca daha da, azğınlaşan erməni baş nazirinə layiqincə cavablar vermişdir. Onların işğalçı mahiyyətini bir daha kəskin və təqzib edilməz faktlarla ortaya qoyan, sübut edən Möhtərəm Prezident, eyni zamanda ermənilərə qəhmər çıxan həm daxilimizdə ki, həm də beynəlxalq aləmdəki Azərbaycana –fobbiyanın daşıyıcıları haqqında söhbət açmışdır.
Bilirsinizmi ermənilər və erməni hakimiyyət orqanları ar damarı çatlamış, abırsızlığı özlərinə məsnək bilmişlər. Azərbaycanın tarixi torpaqları olan İrəvan şəhəri, Göyçə, Zəngəzur mahallarında dövlət yaradan, ermənilər daha sonra Qarabağın dağlıq hissəsinə olan iddiaları ilə çıxış etmiş və ərazilərimizi işğal edərək, böyük problemlərə, ölümlərə səbəb olmuşdurlar. Lakin bu onlara hələ də, utanmaq üçün bəs edən amil deyil. Onlar güya Qarabağda seçki keçirdir və Şuşada inaqurasiya şousnu göstərirlər. Cənab Prezident onların bu hərəkətinə tarixi və unudulmaz bir ad qoymuşdur. Qarabağda erməni xunta rejimi tərəfindən keçirilən saxta seçkiləri haqlı olaraq təlxəklər tamaşası adlandıran cənab Prezident işğal atlında olan torpaqlarımızda höküm sürən qeyri-müəyyən vəziyyətə ən doğru adı vermişdir.
İrəvan şəhəri ilə bağlı qərarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi məcbriyyətdən irəli gələn səhflərini dilə gətirməklə Azərbaycan Respublikasının Prezidenti tarixi hadisələri mifologiyaya qurban verməyin mümkünsüzlüyünü bir daha izahlı diqqətimizə çatdırdı. İrəvan şəhərini Azərbaycan xalqının əlləri ilə tikdiyini, orda tarixi məscidlərin, tikililərin, tarixi abidələrin dağdılması faktı bir daha cənab Prezident tərəfindən dilə gətirilmişdir.
Çox zəngin tarixi məlumatlara sahib olan cənab Prezident sadə riyazi hesablamalarla və tarixi, təqzib olunmaz faktlarla ermənilərin Şərqi Anadolu və İran ərazisindən Azərbaycana gətirilməsi və hətta bununla bağlı abidənin olduğunu da deyərək, 1828-ci ildə ermənilər gəlmə olduqlarını baris sübutlarla ifadə etdi. Zəkası və qətiyyəti qarşısında nəyin ki, ermənilərin küt beyin rəhbərləri, hətta Avropa Şurası Parlament Assambiliniyasının ermənipərəst deputatları belə acizdir.
Bir daha bütün dünyaya ayan oldu ki, Azərbaycan gücləndikcə, müstəqil, süveren siyasət yürütdükcə, qüdrətləndikcə Azərbaycana qarşı hücumlar artmağa davam edəcəkdir. Lakin cənab Prezident düz düşmənin gözünün içinə baxaraq dedi ki, biz güc yığırıq. Yəni sizin pozuculuq əməlləriniz işə yaramır. Son zamanların bir yayılmış ifadəsi ilə, obrazlı desək, cənab Prezident dedi ki, gözləyin bir gecə qəfildən Aprel döyüşlərində, Günnüt əməliyyatında olduğu kimi bu oyuncaq istehkamlarınızı qırıb, öz torpaqlarımızı geriyə almağa gələ bilərik.
Cənab Prezident növbəti danılmaz faktı Tərtərdən, düşmənlə təmas xəttindən həm Ermənistan hakimiyyətinə, həm də xəstə təfəkkürlü erməni cəmiyyətinin nəzərinə çatdırdı ki, Ermənistan rəhbərliyi heç bir açıqlamasında sizə əsaslanmır, sizi nəzərə almır. Ancaq xarici ianələri düşünür. Və əlbəttə hər xarici ianə fondunun özünün tapşırıqları var ki, məhz onların nəticəsi kimi, erməni xalqı hələ də, səfalət və aclıq içində yaşamağa davam edir. Erməni kəndləri sərhəddə yerləşən Azərbaycan yaşayış məntəqələrinə məzlum-məzlum baxaraq, onlarda bundan sonra bu hakimiyyət üsulu ilə bəlkə də, yüz illər boyunca olmayacaq inkişafı görüb, köks ötürürlər.
Cənab Prezidentin Tərtər səfərinə bir cümlə ilə nəzər yetirməli olsaq, deməliyik ki, Möhtərəm İlham Əliyev siyasi ismarıcları ilə Paşinyanı növbəti dəfə siyasi arenada məğlub edib, ardınca Ağdamda silahlı qüvvələrin növbəti müasir şəhərçiyinin açılışına getdi. Hansı ki, Ermənistanda heç vaxt belə bir müasir hərbi baza olmayıb.

Keçidlər