Azərbaycanın hərbi, siyasi, iqtisadi inkişafının nəticəsi olaraq son illər ərzində istər beynəlxalq aləmdə, istərsə də cəbhədə əldə etdiyi uğurlar ölkəmizin doğru yolda irəliləməsinə sübutdur.
327 nömrəli tam orta məmtəbin direktoru Səadət Məmmədova:
Prezident İlham Əliyev 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı edərək Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (ikinci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məsələlərə toxundu. Dövlət başçısının əsaslı və faktlara söykənən çıxışı özündə əhəmiyyətli məqamlar ehtiva etməklə yanaşı tarixi istinadlarla müasir dövr aktuallığının müqayisəli şərhini ifadə etdi. Prezident İlham Əliyev son dövrdə siyasi arenada baş verənlər barədə fikir bildirərkən hadisələrin tarixi kökünə də nəzər salmağı vacib bildi.
Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən qondarma seçkilərin gedişatına nəzər salanda dövlət başçısının ifadə etdiyi fikirlərin öz əksini aydın şəkildə tapdığının şahidi oluruq.
Siyasi və hüquqi əsası olmayan uydurma seçkilərin dünyanın önəmli təşkilatları və aparıcı dövlətləri tərəfindən tanınmaması təşkilatçı rejimin cəhdlərinin uğursuzluğundan xəbər verir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe Azərbaycan dövlətinin siyasi səylərinin nəticəsidir. Bir çox ölkələrlə ikitərəfli formatda imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsinə xüsusi əhəmiyyət verilir. Aparıcı beynəlxalq təşkilatların münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəyanatlar verməsi dünya ictimaiyyətinin məsələyə real yanaşmasının təzahürüdür. Qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirən cinayətkar rejim işğal altında olan qədim Azərbaycan torpaqlarında tarixi abidələrin, məscidlərin və azərbaycanlıların digər tarixi irsinin dağıdılmasında birbaşa məsuliyyət daşıyan quldur dəstəsindən başqa bir şey deyil. Digər xalqlara və mədəniyyətlərə kəskin aqressiv münasibətdə olan kriminal-cinayətkar qruplaşmanın apardığı antiinsani siyasi və hərbi təcavüz nəticəsində, hazırda Ermənistanda heç bir qeyri millət yaşamır. Bütün bunların əksinə olaraq, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün müsbət nümunədir. Təsadüfi deyil ki, qondarma seçkilər dünyanın aparıcı ölkələri və təşkilatları tərəfindən nəinki tanınmadı, üstəlik bəyanatlarla qınandı. ATƏT-in Minsk qrupunun həmsədrlərinin- Amerika, Fransa, Rusiya, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatların- bütün aparıcı təşkilatların həmin seçkiləri əsassız hesab etməsi doğru istiqamət götürmüş dövlət siyasətinin nəticəsidir. Avropa Şurasının bu məsələ ilə bağlı sükut nümayiş etdirməsi isə Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən birinin Azərbaycanı ləkələmək olduğunun, münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmək meylinin göstəricisidir. Bu səbəbdən də Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından başqa bir şey deyil. Bu qurumun Qərb ölkələrində baş verən hüquq pozuntularına- polis zorakılığına, nümayişçilərə şiddət göstərilməsinə və digər bu kimi hallara qarşı susması ikili standatrtlar tətbiq etməsinin ən bariz nümunəsidir.
Azərbaycanın hərbi, siyasi, iqtisadi inkişafının nəticəsi olaraq son illər ərzində istər beynəlxalq aləmdə, istərsə də cəbhədə əldə etdiyi uğurlar ölkəmizin doğru yolda irəliləməsinə sübutdur. Aprel döyüşləri və Naxçıvan əməliyyatı zamanı xalqımızın və dövlətimizin bu məsələdəki əzmi xüsusi olaraq hörmətəlayiqdir.
Ermənistanın tarixi Azərbaycan torpaqları hesabına yaradılması heç kim üçün sirr deyil. Ermənilərin indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində bağlanmış Türkmənçay müqaviləsindən sonra Şərqi Anadoludan və İrandan köçürüldükləri geniş kütləyə məlumdur. Təkcə 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərdən birində ermənilərin bu bölgəyə gəlmələrinin 150 illiyini əks etdirən abidənin qoyulması faktını yada salmaq yetərlidir ki, ermənilərin gəlmə olduqlarına heç bir şübhə qalmasın. Xəyanət prinsipini özünə ideal seçən ermənilər Osmanlı dövlətinin ərazisində dövlətçilik əleyhinə çıxışlarda fəallıq göstərdikləri və xarici istilaçılara gizli-aşkar xidmət etdikləri kimi, Azərbaycan ərazisinə də nifaq salmağı bacarmışlar. XX əsrin əvvəllərindən başlayaraq isə artıq öz mənfur niyyətlərini həyata keçirmək üçün hər cür yola əl ataraq qanlı qətliamlar törətməklə istəklərinə çatmağa cəhd göstərmişlər. Lakin zaman-zaman ermənilərin və onların havadarlarının zülmündən əziyyət çəkməyə məcbur olmuş Azərbaycan xalqı bu gün əldə etdiyi inkişaf nəticəsində siyasi meydanlarda öz sözünü deməyə qadir bir gücə çevrilmişdir. Bu güc və iradə dövlətimizə işğal altında olan torpaqlarını azad etmək üçün ən əsas imkandır. Heç bir şübhə yoxdur ki, əlverişli geosiyasi vəziyyətin yaranması ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək öz qüdrətini bütün dünyaya nümayiş etdirəcəkdir.