Hər bir insanın qəlbində yaşayan hisslərin ən müqəddəsi Vətən sevgisidir!
20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova:
Hər bir insanın qəlbində yaşayan hisslərin ən müqəddəsi Vətən sevgisidir. Bu ülvi hiss bütün duyĝuların fövqündə durur. Insanı qəhrəmanlıqlar göstərməyə, fedakarlıĝa, axtarışa səsləyir. Doĝma vətənimizin, yaşadıĝımız kəndimizə, qəsəbəmizə və yaxud şəhərimizə, eləcədə vətandaşımıza bəslədiyimiz səmimi hisslər, duyĝular bizim həyatımızın mənasına çevrilir. Yaşadıĝımız ərazinin hər daşında, hər bir kəlməsində bir məna olduĝunu başa düşürük və Vətənimizi sevərək yaşayırıq. Bizləri birləşdirən doğma torpaq naminə canımızdan keçməyə hazır oluruq. Elimizin oğul və qızları bu sınaqlardan dəfələrlə mərdliklə, müdrükliklə çıxmışlar. Onları bir amal, bir məqsəd birləşdirib Vətən naminə ! Son aylar hər birimizin həyatına təsir edən epidemiya,gündəlik vərdişlərimizə dəyişiklik etməyə, həyat tərzimizi dəyişməyə məcbur etdi. Gözəgörünməz düşmənlə mübarizəyə hər kəs səfərbər oldu. Dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirildi,ölkə rəhbərinin məsələyə həssas yanaşması bizi bir çox bəlalardan xilas etdi. Lakin, bir neçə gündür ki, yoluxma hallarının çoxalması, yenidən qəti tədbirlərin görülməsinə, məhdudiyyətlərin qoyulmasına zəmin yaratdı. Çox təəsüf ki, bəzilərimiz məsələnin nə qədər ağır və ciddi olduğu barədə düşünmürük. Axı məndən keçdi, mənə heçnə olmaz yanaşması ilə həm özünüzü, həmdə ətrafınızı təhlükəyə atırsınız. Dünən baş verən hadisələr isə məni daha da sarsıtdı. Biz axı ən ağır sınaqlardan üzü ağ çıxmışıq. Müharibə görmüşük, övlad itkisi yaşamışıq, lakin mənəvi yüksəkliyimizi hər zaman qorumuşuq. Canı və qanı bir olan vətən övladlarının bir-birinə qarşı bu cür yanaşması bir ana kimi məni çox incidir. Doğma vətənimizin gələcəyi naminə hər məsələdə diqqətli olmalıyıq. Vəzifə borcunu yerinə yetirən polislərimizə qarşı bəzilərinin təqdim etdiyi münasibət, həmin şəxslərin vətandaşlıq borcu nə olduğunu unutqanlıqlarından irəli gəlir. Qanlı –qadalı günlərimizdə Vətən naminə ilk döyüşə baş vuran polislərimiz olmuşdur, bu bizim yaxın keçmişimizdir. Bu gün onlar öz sağlamlıqlarını təhlükəyə ataraq gecə və gündüz, hava şəraitinə baxmadan bizlər naminə xidmətdədirlər. Qanun qaydaya riayyət etmək həmdə kamil insana məxsus keyfiyyətlərdir. Hər bir insan öz davranışı ilə kimliyini təqdim edir, atdığın addım, ətrafına olan münasibət sənin şəxsiyyətini müəyyənləşdirir. Birdə unutmaq olmaz ki, bizim dünyadan təcrid deyilik və baş verənlər ani anda sosial şəbəkə vasitəsilə ilə hər kəsi ağah edir. Məhz bu səbəbdən daha diqqətli, münasibətlərdə daha düzənli olmalıyıq. Bizlər bir ulu bir torpağın , qəhrəmanlar yetişdirən bir ulusun övladlarıyıq, bizim səhv etməyə haqqımız yoxdur. Əsrlər boyu ədəb-ərkan, böyük sözü bizlər üçün müqəddəs sayılıb ! Azərbaycan tarixini varaqlayanda qəlbimiz qanlı tarixi hadisələri xatırlayıb qəmlənsək də, qürur duyulası tarixi günlərimiz bizə sevinc, qəhrəmanlıq rəmzi bəxş edir. Əminəm ki, biz yenədə, el birliyi ilə bu ağır günləri də geridə qoyacayıq ! Bir ana kimi üzümü xalqımın dəyərli övladlarına tutaraq təvəqqe edirəm, sabahımız, gələcək firavan günlərimiz naminə özümüzü və ətrafımızı qoruyaq, qaydalara əməl edək, düçüncələrimizi, əməllərimizi Vətən naminə birləşdirək !