Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk edərək, “Biz birlikdə güclüyük” devizinə sadiq qalmalıdır!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov.
Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk edərək, “Biz birlikdə güclüyük” devizinə sadiq qalmalıdır!
Məlumdur ki, dünyada baş verən Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən atılan addımlar vətəndaşlarımızın sağlamlığı naminə nəzərdə tutulmuşdur.
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş bütün qərarlar o,cümlədən, karantin rejiminin elan edilməsi, kütləvi tədbirlərin ləvğ edilməsi, ölkəmizin sərhədlərinin bağlanması, rayonlar arası gediş-gəlişin dayandırılması, yaşlı insanların küçəyə çıxmaması, parkların bağlanması, məktəblərin bağlanması və s. görülən bu tədbirlər xəstəliyin daha da geniş yayılmamasının qarşısının alınmasına yönəlmişdir.
Yuxarıda qeyd olunmuş tədbirlər öz müsbət nəticələrini vermiş və statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərimizin "Biz sizlər üçün işləyirik, sizlər bizlər üçün evdə qalın" şüarı demək olar ki, böyük əksəriyyət üçün qəbul edilmiş müraciətə çevrilmişdir. Xalqımızın böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərmiş, sanitar epidemoloji və gigeyenik qaydalara riayət edilmişdir. Amma təəssüflə qeyd etmək olar ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vətəndaşlarımızın çoxlu müraciətlərini nəzərə alaraq, son yumşaldılma tədbirlər zamanı vətəndaşlarımızın böyük əksəriyyəti müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsində may ayının sonlarından infeksiyaya yoluxanların sayı kəskin artmağa başlamışdır. Covid 19 virusunun yayılma sürətinin azaldılması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmasına gətirib çıxarmışdı.
Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəfələrlə xalqa etdiyi müraciətlərə hörmətlə yanaşmalı və çalışmalıyıq bütün qərarlara düzgün riayət edərək, "Güc birlikdədir" devizini əsas tutaraq öz həmrəyliyimizi göstərək.