Şriftin ölçüsü :

Saytın rəngi :

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.

05 iyun 2020 | 16:00

118 saylı tam orta məktəbin direktoru Nizaməddin Ağcayev:

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.
Bu gün dünyanın demək olar ki, hər bir yerində gündəmin əsas mövzusunu koronovirusa qarşı mübarizə təşkil edir. Koronavirus pondemiyasının ölkəmizə daha az ziyan vurmasını təmin etmək üçün Azərbaycan hakimiyyəti əhəmiyyətli və sistemli tədbirlər görür və görməkdədir. Pandemiyanın vura biləcəyi zərərlərdən az itki ilə çıxmaq üçün əsas şərti ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi idi. Karantin rejiminin tətbiqində əsas məqsəd əhalinin evdə qalmasını təmin etmək , sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Azərbaycan höküməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır və lazimi tədbirləri görməkdə davam edir. Xaricdən gətirilən Azərbaycan vətəndaşları karantinə yerləşdirilir, onlar üçün hər cür şərait yaradılır. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronavirus xəstələri yerləşdirilib. Bu tədbirlər dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır. Dövlət başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2.5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsiat ayrılıb. Ümumilikdə sosial proqramların maliyyə həcmi 2.5 milyarddan çox təşkil edir. Pararel olaraq, Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban Əliyeva tərəfindən koronavirus infeksiyası ilə bağlı zamanında qəbul edilən qərarlar, göstərilən xeyriyyə işləri və xəstələrin sağlamlığı üçün tapşırıqları Azərbaycanın bu bəşəri bəla ilə mübarizəsində qalib ayrılacağına dəlalət edir.
Azərbaycanda tibbi maskaların və dezinfeksiyaedici məhlulların hazırlanması ilə bağlı qurumuş infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun.
Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışında iştirak etdiyi tibbi maska istehsalı müəssisəsinin işə salınması bu tədbirlər silsiləsindən növbəti mühüm hadisə koronavirusla mübarizəyə əsaslı töhfədir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.
7 may 2020-ci il tarixdə Bakıda model tipli ilk xəstəxana kompleksi açıldı. Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri ondan ibarətdir ki, bu xəstəxanalar qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılaraq pandemiya ilə mübarizə başa çatdıqdan sonra , yəni zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün istifadə edilə bilər. Xəstəxananın açılışında çıxış edən Prezident İlham Əliyev öz çıxışında koronavirus xəstəliyinin ümumbəşəri bir bəla olduğunu Azərbaycan xalqının nəzərinə çatdıraraq qeyd etmişdir ki, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.
Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədr. Testlərin keçirilməsi üçün yeni lobaratoriyalar alınıbdır. Onların sayı ilkin olaraq 23-ü keçib və yeni laboratoriyaların yaradılması gündəlikdə duran əsas məsələdir.
Ölkəmizdə karantin rejiminin uzadılması zəruri məsələdir. Çünki, karantin rejiminiin yumşaldılması virusa yoluxmaların sayından artma səbəb oldu . Bunun əsas səbəbi kimi vətəndaşların şəxsi gigiyenaya riayət etməməsidir.
Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 08:00-dan 8 iyun 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Təbii ki, bu tədbirlər COVİD- 19 virusunun yayılma sürətini azaltmaq , eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə tətbiq edilir. Görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığını və həyatını qorunmasıdır.
Vətəndaşlarımızın narahatçılığı üçün heç bir əsas yoxdur. Azərbaycanın kifayət qədər ərzaq ehtiyatı var. Qapanma yalnız həftənin iki gününü əhatə edəcək. Tibbi maskaların və digər dezinfiksiyaedici məhsulların istehsalı ölkəmizin bu sahəsində öz ehtiyatlarını təmin edilməsinə yönəldilib və xarici dövlətlərdən asılılığına son qoymaq məqsədi daşıyır.
Azərbaycanın dövlət başçısı ən çətin,təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub və bu gün də bizim yanımızdadır. Dövlət başçısının apardığı siyasət, həyata keçirdiyi tədbirlər bizim sağlamlığımıza xidmət edir. Hər bir vətəndaş dövlət başçısının ətrafında sıx birləşməlidir.
Biz birlikdə güclüyük!

Keçidlər