“Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihə Suraxanı rayonunda da uğurla davam etdirilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və dəstəyi, İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihə Suraxanı rayonunda da uğurla davam etdirilir.
Qadınların rəqəmli bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməsi məqsədini özündə birləşdirən “Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihəyə Suraxanı rayonundan 50-ə yaxın gənc qızın onlayn olaraq cəlb olunması nəzərdə tutulmuşdur. Təlimi uğurla başa vuran qızlara sertifikatlar təqdim olunacaqdır.
Təlim 11-12 iyun 2020-ci il tarixdə keçiriləcək. Qeydiyyatdan keçmək və
Layihə haqqında daha ətraflı məlumatı https://iktlab.az/digitalgirls/ internet səhifəsindən əldə edə bilərsiz.